İQTİSADİYYAT
Azərbaycanın üç tikinti və layihə təşkilatı beynəlxalq müsabiqənin qalibi olub
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycanın 3 tikinti və layihə təşkilatı MDB-yə üzv dövlətlərin inşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurası tərəfindən 2014-cü ilin yekunları üzrə ən yaxşı tikinti və layihə təşkilatlarının X Beynəlxalq müsabiqəsinin qalibi olub.
Bu barədə AZƏRTAC-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
Müsabiqənin nəticələrinə əsasən 44 tikinti və layihə təşkilatı qalib gəlib ki, onlardan üçü Azərbaycandan olan tikinti və layihə təşkilatlarıdır.
Məlumatda qeyd olunub ki, 2014-cü ilin yekunlarına görə ən yaxşı tikinti təşkilatı X Beynəlxalq müsabiqəsinin qalibi diplomu ilə “AzVİRT” Məhdud Məsuliyyətli Cəmiyyəti, ötən ilin yekunları üzrə ən yaxşı layihə təşkilatı müsabiqəsinin qalibi diplomu ilə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu və Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu təltif olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]