MƏDƏNİYYƏT


Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında film Torontoda nümayiş etdiriləcək

A+ A

Moskva, 8 sentyabr, AZƏRTAC

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film 2017-ci ildə Kanadanın ikinci böyük şəhəri Torontoda ekranlara çıxarılacaq. Bu barədə Rusiyanın “RİA Novosti” agentliyinə filmin prodüseri İqor Lopatenko məlumat verib.

İ.Lapotenko deyib: “Torontoda çox maraqlı taleyi olan bir insan - Heydər Əliyev haqqında film təqdim edəcəyik. Çəkilişlər artıq başa çatıb, hazırda montaj işləri aparılır. Film 2017-ci ildə ekranlara çıxacaq”.

Xatırladaq ki, İqor Lopatenko tanınmış prodüserdir. O, Ukrayna Prodüserlər Gildiyası Rəyasət Heyətinin, Fransa Kino Xadimləri Təşkilatının, Avropa Müstəqil Prodüserlər Gildiyasının üzvüdür.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.