ELM VƏ TƏHSİL


Azərbaycanın və Avropanın universitetləri arasında əlaqələr möhkəmlənir

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avropa İttifaqının TEMPUS layihəsi çərçivəsində İspaniyanın Jirona Universitetinin nümayəndələri ilə görüş olub. Görüşdə ATMU və Jirona Universiteti arasında ikili diplom ilə bağlı niyyət protokolu imzalanıb.

ATMU-dan AZƏRTAC-a bildiriblər ki, sənədi bu ali təhsil ocağının rektoru vəzifəsini icra edən Eldar Aslanov və Jirona Universitetinin turizm fakültəsinin dekanı Yakim Majo Fernandez imzalayıblar. Qərara alınıb ki, iki ay müddətində əməkdaşlığın forması tam olaraq hər iki universitetin müvafiq qurumaları tərəfindən müəyyənləşsin və əməkdaşlıq haqqında müqavilə hazırlansın.

ATMU 2014-cü ildən etibarən məlum proqramın “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə bakalavr-magistr hazırlığı” layihəsində ən fəal üzvlərdən birinə çevrilib. Bu layihə çərçivəsində Azərbaycan, Gürcüstan, Moldova, Ruminiya, Portuqaliya, Fransa və İspaniyanın turizm sənayesi üzrə ixtisaslasan müxtəlif təşkilat və ali təhsil müəssisələri qarşılıqlı şəkildə əməkdaşlıq edirlər. Layihənin əsas təşəbbüskarı Portuqaliyanın Espino ali məktəbi, əsas əlaqələndiricisi isə Fransanın Qrenobl Akademiyasıdır. Layihənin həyata keçirilməsinin əsas məqsədi otelçilik ixtisası üzrə ali təhsil proqramlarının təkmilləşdirilməsi və otelçilik menecmenti ixtisası üzrə perspektivli bakalavr və magistratura pilləsi üçün proqramların hazırlanmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.