CƏMİYYƏT


Azərbaycanın və Birləşmiş Krallığın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

“British Council-Azərbaycan” təşkilatı “Hilton Baku” otelində Azərbaycanın və Birləşmiş Krallığın ali təhsil müəssisələri arasında əməkdaşlığa dair tədbir keçirib.

Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, görüşün keçirilməsinin məqsədi iki ölkənin ali təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə əlaqələri müzakirə etmək, ortaq maraqları öyrənmək və bu istiqamətdə məlumat mübadiləsinə imkan yaratmaqdır.

Əməkdaşlıq tələbə mübadilə proqramları, iki dərəcəli proqramlar, müəllim təlimi, kurikulumun inkişafı və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.

Tədbirin rəsmi açılışı mərasimində Birləşmiş Krallıq universitetlərinin nümayəndələri azərbaycanlı həmkarları üçün qısa təqdimatlar keçiriblər.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.