SİYASƏT


Azərbaycanın və Böyük Britaniyanın Silahlı qüvvələri arasında əməkdaşlıq gücləndirilir

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Silahlı Qüvvələri arasında ikitərəfli əməkdaşlıq planına əsasən, 160-cı briqadanın komandiri, briqada generalı Martin Qambelin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) və sülhməramlı taborlarında keçirilən görüşlərdə Britaniya nümayəndə heyətinə Silahlı Qüvvələrimizin müxtəlif ordularla qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi, həmçinin sülhməramlı əməliyyatlara töhfəsi ilə bağlı ətraflı məlumat verilib.

Görüşdə Azərbaycan Silahlı Qüvvələrinin Böyük Britaniyanın 160-cı briqadası ilə ƏİK proqramı və sülhməramlı əməliyyatlar çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qonaqlar ƏİK və sülhməramlı taborların xidmət yerləri, onlar üçün yaradılan sosial-məişət və təlim şəraitləri ilə tanış olublar.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general Martin Qambel hər iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.