MƏDƏNİYYƏT


Azərbaycanın və Gürcüstanın vokal ustaları “Aida” operasında

Bakı, 15 dekabr, AZƏRTAC

Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik opera sənətinin ən dəyərli nümunələrindən biri - Cüzeppe Verdinin “Aida” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərində əsas partiyalardan birini - Aida partiyasını ilk dəfə teatrın aparıcı solisti - Əməkdar Artist Afaq Abbasova ifa edəcək. Digər partiyaları Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər Əkrəm Poladov, Gülnaz İsmayılova və gənc solist Nina Makarova ifa edəcək. Səhnə əsərində iştirak etmək üçün Gürcüstanın tanınmış vokal ustaları Teymuraz Ququşvili və Əməkdar Artist Sulxan Qvelesiani da dəvət olunub.

Tamaşanı dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.