SİYASƏT


Azərbaycanın və İranın diplomatik təlim müəssisələri arasında əlaqələrin inkişafının vacibliyi vurğulanıb

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikası xarici işlər nazirinin təhsil və araşdırmalar üzrə müavini Seyed Kazem Sajjadpur ilə görüşüb.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və İran arasında dostluq və tərəfdaşlıq prinsipləri əsasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb.

Seyed Kazem Sajjadpur Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirdiyini qeyd edib.

Görüşdə iki ölkənin diplomatik təlim müəssisələri arasında əlaqələrin inkişafının, tələbə mübadiləsinin, birgə seminar və konfransların keçirilməsinin vacibliyi vurğulanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.