SİYASƏT


Azərbaycanın və Koreyanın hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələri komandanının rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasının Hərbi Dəniz Qüvvələri baş komandanının dəvəti ilə bu ölkəyə işçi səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər zamanı Hərbi Dəniz Qüvvələri komandanının vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadə Koreya Respublikasının Hərbi Dəniz Qüvvələrinin baş komandanı ilə görüşüb.

Görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Səfər zamanı 1-ci dərəcəli kapitan H.Rüstəmzadə Hərbi Dəniz Akademiyasının su-qayıq donanmasının gəmi inşaat müəssisəsində və bir sıra başqa hərbi obyektlərdə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.