SİYASƏT


Azərbaycanın və Rusiyanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanacaq

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 30-da Moskvada MDB-nin iştirakçısı olan dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov iclasda iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Z.Həsənovun rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılıb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Həmçinin Azərbaycanın və Rusiyanın Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planının imzalanması nəzərdə tutulub.

Bundan başqa, Z.Həsənovun bir sıra ölkələrin müdafiə nazirləri ilə görüşləri də planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.