İDMAN


Azərbaycanın və Türkiyənin qadın tennisçilərinin görüşü başa çatıb

Bakı, 14 may, Elvin Camalov, AZƏRTAC 

Mayın 14-də “Bakı-2017”nin tennis yarışında qadınların mübarizəsində “A” qrupunda yer alan Azərbaycan və Türkiyə millilərinin qarşılaşması başa çatıb.

AZƏRTAC xəbər verir ki, oyunda Türkiyə millisi qalib gəlib. Türkiyə tennisçiləri hər üç görüşdə qalib gəliblər. Fərdi görüşlərdə Zemfira Ağapayova Ayla Aksuya, Umayra Həşimova Başak Əraydına uduzub. Cütlüklərin qarşılaşmasında Umayra Həşimova - Alina Qavriş dueti Berfu Cengiz - Melis Sezer cütlüyünə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.