MƏDƏNİYYƏT
Azərbaycanın xalq artisti Rusiya Dövlət Simfonik Kinematoqrafiya Orkestri ilə birgə çıxış edəcək
Bakı, 2 avqust, AZƏRTAC
Sentyabrın 12-də P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında "Qəlbin musiqisi" adlı konsert proqramı təqdim olunacaq.
AZƏRTAC konservatoriyanın saytına istinadla xəbər verir ki, Rusiya Dövlət Simfonik Kinematoqrafiya Orkestrinin çıxış edəcəyi konsertin solisti xalq artisti Murad Adıgözəlzadə olacaq. Orkestrə Rusiyanın xalq artisti Sergey Skripka dirijorluq edəcək.
Konserti Rusiyanın musiqi tənqidçisi və televiziya aparıcısı Artyom Varqaftik aparacaq.
Proqrama Edvard Qriqin fortepiano və orkestr üçün konserti, Henrik İbsenin "Per Günt" dramına bəstələdiyi eyniadlı əsəri daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]