Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın xalqının ümummilli lideri Heydər Əliyevi Moskvada xatırlayır və qiymətləndirirlər VİDEO

Moskva, 11 may, AZƏRTAC

Mayın 10-da Moskvada Azərbaycanın xalqının ümummilli liderı Heydər Əliyevin nurlu xatirəsi yad edilib. Ulu Öndərin anadan olmasının 93-cü ildönümü münasibətilə Azərbaycanın Rusiyadakı səfirliyində təntənəli qəbul təşkil edilib.

Tədbir iştirakçıları səfirliyin foyesində Heydər Əliyevin barelyefi önünə tər çiçəklər düzüblər.

Çıxış edənlər XX əsrin görkəmli siyasətçisi barədə səmimi xatirələrini bölüşərək qeyd ediblər ki, bütün varlığı ilə öz xalqına və ölkəsinə xidmət edən Ulu Öndər onlar üçün siyasi müəllim, müdrik məsləhətçi və gözəl insan idi.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan xalqının ümummilli lideri barədə xatirələrini bölüşərək qeyd edib ki, özünün gənclik illərində, respublikaya Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə yaradıcı gənclərin inkişafı üçün hər cür şərait təmin edilmişdi. O illərdə istedadlı rəssamların, bəstəkarların, memar və artistlərin bütöv bir nəsli yetişib. Səfir deyib: “1993-cü ildə Heydər Əliyev Azərbaycana qayıdanda ölkə, demək olar ki, bərbad vəziyyətdə idi, qardaş qırğını başlanmışdı. Heydər Əliyev öz təcrübəsi, insanlara həssas münasibəti, bacarığı sayəsində bu vəziyyəti tənzimləməyə nail oldu. Bu gün sizin səfər etdiyiniz və heyran olduğunuz müasir Azərbaycanın memarı məhz Heydər Əliyevdir. Heydər Əliyevə xas olan, Azərbaycanın inkişafını bir neçə onillik qabaqcadan müəyyən etmiş müdriklik onun güclü bəsirətindən, uzaqgörənliyindən xəbər verir”.

Rusiya Federasiyası Prezidentinin Mərkəzi Federal Dairə üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Beqlov Azərbaycanda keçmiş uşaqlıq illərini xatırlayaraq deyib: “Azərbaycan həmişə səmimi dostluq şəraitinin hökm sürdüyü beynəlmiləlçi, qonaqpərvər ölkə olub. Yadımdadır, uşaqlıqda, mənim ailəm Azərbaycanda yaşadığı vaxt biz öz aramızda bir neçə dildə danışırdıq, həm Novruz bayramını, həm də Pasxa bayramını birlikdə qeyd edirdik. Heydər Əliyev bu ənənələri dəstəkləmək üçün əlindən gələni edirdi. Çox yaxşı ki, Prezident İlham Əliyev bu siyasəti davam etdirir”.

A.Beqlovun sözlərinə görə, Böyük Vətən müharibəsi dövründə xeyli ailə Rusiyadan Azərbaycana təxliyə olunub və Azərbaycan ailələri bu insanları səmimiyyətlə qəbul edib. O, daha sonra deyib: “Atam cəbhədə döyüşürdü, anam iki uşağı ilə birlikdə Azərbaycana gəldi. Bir azərbaycanlı ailəsi bizə sığınacaq verdi. Müharibə qurtarandan sonra hər kəsin öz doğma şəhərinə və ya kəndinə qayıtması vaxtı yetişəndə heç kəs oradan getmək istəmirdi”.

Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Konstantin Kosaçov vurğulayıb ki, Heydər Əliyev öz xalqının şəksiz milli lideri və milli sərvətidir. O, öz xalqının mənafelərini, Rusiya ilə və SSRİ-nin digər xalqları ilə müttəfiqlik münasibətlərinin əhəmiyyətini tamamilə düzgün başa düşürdü. Senatorun sözlərinə görə, SSRİ dağılandan sonra Azərbaycan və Ermənistan xalqlarını bir-birindən ayırmış Dağlıq Qarabağ münaqişəsi ümumi qaydadan istisna idi. Konstantin Kosaçov çıxışını bu sözlərlə bitirib: “Heydər Əliyev üçün həmişə bir qayda vardı, bu qayda xalqlar arasında anlaşmaya, xalqlar arasında sıx əlaqələr yaradılmasına kömək etməkdən ibarət idi. Məhz bu fədakar fəaliyyətinə görə müasir Rusiyada Heydər Əliyevi xatırlayır və qiymətləndirirlər, onun xatirəsi daim ürəklərdə yaşayacaq”.

RF Dövlət Dumasının deputatı Leonid Slutski qeyd edib ki, ulu öndər Heydər Əliyevin doğum günündə Azərbaycan səfirliyində toplaşan insanlar Moskvada yaşasalar da qəlbən Azərbaycanla birlikdədir, buradakı insanların çoxu Heydər Əliyevi şəxsən tanımaq şərəfinə malik olub. Rusiyalı deputat deyib: “Mən xoşbəxtəm ki, dahi Heydər Əliyevin oğlu, onun işinin əsl davamçısı, yoxsulluğa qarşı mübarizə proqramını uğurla həyata keçirən, Azərbaycanı dünyanın iqtisadi baxımdan firavan ölkələrindən birinə çevirmiş İlham Əliyevlə dostam. Bakıda Cənubi Qafqaz üçün və bütövlükdə MDB üçün böyük əhəmiyyət kəsb edən çoxlu əlamətdar tədbirlər ideyası yaranır və həyata keçirilir. Bu qızıl səhifələrin hər biri Heydər Əliyevin xatirəsi ilə ayrılmaz sürətdə bağlıdır”.

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev qeyd edib ki, hər il mayın 10-da Rusiya ictimaiyyətinin nümayəndələri və diplomatlar Moskvada toplaşaraq Heydər Əliyevin xatirəsini ehtiramla yad edirlər. Elə bu faktın özü bu böyük dövlət xadiminə yüksək ehtiramın əlamətidir. Heydər Əliyev həm Azərbaycan SSR-in, həm də müstəqil Azərbaycanın inkişafı üçün çox iş görüb.

Sergey Lebedev deyib: “O, unikal şəxsiyyət, unikal dövlət xadimi idi. MDB İcraiyyə Komitəsinin sədri kimi bunu qeyd etməyi vacib sayıram ki, o, əqidəli beynəlmiləlçi idi. Heydər Əliyev Azərbaycanda yaşayan xalqlar arasında, Moskvada işlədiyi dövrdə isə bütövlükdə Sovet İttifaqı çərçivəsində dostluq, qardaşlıq münasibətlərinin qorunub saxlanmasına kömək edirdi”.

MDB İcraiyyə Komitəsinin sədri bildirib ki, bu gün MDB üzvü olan müxtəlif ölkələrin səfirləri, diplomatlar, Rusiya XİN nümayəndələri Azərbaycan səfirliyində toplaşıb. O deyib: “Bu onu göstərir ki, Heydər Əliyevin təbliğ etdiyi beynəlmiləlçilik ənənələrini bu gün də qoruyub saxlamaq lazımdır. O, Azərbaycanın çiçəklənməsi və təşəkkülü üçün çox iş görüb”.

Siyasətçi Azərbaycanın Ümummilli Lideri ilə şəxsi ünsiyyətdən aldığı təəssüratlarını da bölüşüb. Sergey Lebedev vurğulayıb: “Onunla həm Bakıda, həm də Moskvada bir neçə dəfə bölüşmüşəm. Demək istəyirəm ki, bu söhbətlər məndə onun barəsində bəsirətli insan, tərəf-müqabilinin fikrinə hörmətlə yanaşan, tərəfdaşını dinləməyi və özünün əsaslandırılmış mövqeyini söyləməyi bacaran unikal həmsöhbət, müdrik insan təəssüratı yaradıb. Bütün bu keyfiyyətlərinə görə o, həm bir insan kimi, həm də dövlət xadimi kimi hörmətə layiqdir və məhz bu keyfiyyətlər onu unutmamağımıza əsas verir”.

TASS Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman qeyd edib ki, Heydər Əliyevin xatirəsi milyonlarla insanın qəlbində daim yaşayır. Dünyasını dəyişdiyi gündən keçən müddət bizi ondan ayırdıqca bu şəxsiyyətin miqyası, Azərbaycan həyatında əhəmiyyəti daha çox görünür, daha çox hiss olunur. M.Qusman deyib: “Mənim mənsub olduğum nəslin bir vətəndaş kimi təşəkkülü Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edib. O, ölkəmizin lideri idi. Biz ona sadəcə hörmət bəsləməklə kifayətlənməyib, ondan nümunə götürürdük”. M.Qusman vurğulayıb ki, Heydər Əliyev rus dilini mükəmməl bilirdi və respublikada rus dilinin inkişafına həmişə xüsusi dıqqət yetirirdi. Məhz Heydər Əliyevin dövründə Azərbaycanda yeni-yeni rus məktəbləri açılır, onun təşəbbüsü ilə Bakıda rus mədəniyyəti ongünlükləri keçirilirdi.

Rusiya Beynəlxalq Məsələlər Şurasının vitse-prezidenti, Şimali Osetiyanın sabiq prezidenti Aleksandr Dzasoxov bildirib ki, zaman Heydər Əliyev şəxsiyyətinin miqyasını azalda bilməz. Diplomat deyib: “Heydər Əliyev görkəmli siyasi və dövlət xadimlərinin panteonunda sözün həqiqi mənasında uca mövqedə durur. O, SSRİ-nin inkişafına çox böyük töhfə verib. Heydər Əliyev öz dövrünün görkəmli nümayəndəsi və əlbəttə, Azərbaycan xalqının tanınmış lideridir”.

Aleksandr Dzasoxov sonda deyib: “Mən çox şadam ki, Heydər Əliyevin özünü həsr etdiyi iş bu gün Azərbaycan Prezidenti İlham Əliyevin etibarlı əllərindədir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Azərbaycanın xalqının ümummilli lideri Heydər Əliyevi Moskvada xatırlayır və qiymətləndirirlər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib