İQTİSADİYYAT


Azərbaycanın xaricə ixrac etdiyi qeyri-neft sektoru məhsullarının çeşidi 28 faiz artıb

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycanda qeyri-neft sənayesində inkişaf göstəriciləri müsbətdir. Artıq neçə ildir ki bu sahə inkişaf edir. Bundan sonra da biz bu göstəricilərin artmasını gözləyirik. Bu ildən Azərbaycanın ixrac etdiyi qeyri-neft sektoru məhsullarının çeşidi 28 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova jurnalistlərə müsahibəsində bildirib.

Nazir müavini qeyd edib ki, gələcəkdə qeyri-neft sektorunda istehsal edilən məhsulların ixracında artım nəzərdə tuturuq. Bundan əlavə, bizim sənayemiz istehlak olunan malların da daxildə istehsalına yönəlib ki, bu da Azərbaycana valyuta qənaəti imkanı yaradacaq və idxaldan asılılığımızı bir qədər də azaldacaq. “Artıq idxal məhsullarının çeşidlərinə baxarkən Azərbaycan sənayesinin, xüsusilə də qida sənayesinin inkişafını görürük", - deyə S.Həsənova vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.