SİYASƏT


Azərbaycanın xarici işlər naziri Amerika Yəhudi Komitəsinin prezidenti ilə görüşüb

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakı çərçivəsində Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Con Şapiro Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühiti, yəhudi icmasına göstərilən dəstək və qayğının yüksək qiymətləndirildiyini qeyd edib və ABŞ ictimaiyyətində bu barədə məlumatlandırmanın artırılmasının vacibliyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov müxtəlif sivilizasiyaların, ayrı-ayrı millətlərin və dinlərin nümayəndələrinin Azərbaycanda əsrlər boyu sülh, qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşadığını deyib, multikulturalizm və tolerantlığın Azərbaycan xalqının həyat tərzi olduğunu vurğulayıb. Nazir, həmçinin Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2016-ci ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.