SİYASƏT


Azərbaycanın xarici işlər naziri Belçika və Almaniyaya işgüzar səfər edəcək

Bakı, 5 dekabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 7-də Brüssel şəhərində keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirləri toplantısında və dekabrın 8-9-da Hamburq şəhərində keçiriləcək ATƏT-in 23-cü nazirlər şurasının iclasında iştirak etmək üçün Belçika və Almaniyaya işgüzar səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sözügedən tədbirlərdə Elmar Məmmədyarovun çıxışları və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.