SİYASƏT
Azərbaycanın xarici işlər naziri Brüsseldə Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak edəcək
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 4-5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfrans çərçivəsində Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
Azərbaycan Əfqanıstanda həyata keçirilən quruculuq tədbirlərinə ikitərəfli və çoxtərəfli əsasda töhfə verən tərəfdaş dövlətdir.