SİYASƏT


Azərbaycanın xarici işlər naziri Gürcüstana səfərə gəlib

A+ A

Tbilisi, 29 avqust, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 29-da Gürcüstana səfərə gəlib.

Səfər çərçivəsində E.Məmmədyarov Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, parlamentin sədri David Usupaşvili və xarici işlər naziri Mixail Canelidze ilə görüşəcək. Görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Azərbaycan xarici siyasət idarəsinin rəhbəri ümummilli lider Heydər Əliyevin Tbilisi şəhərinin mərkəzindəki abidəsi önünə əklil qoyacaq, Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsini yad edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.