SİYASƏT


Azərbaycanın xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatının Daşkənddə keçiriləcək 43-cü sessiyasında iştirak edəcək

A+ A

Daşkənd, 14 oktyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Daşkənddə (İƏT) keçiriləcək 43-cü sessiyasında iştirak edəcək.

Daşkənddə keçirilən brifinqdə Özbəkistan xarici işlər nazirinin müavini Qayrat Fazilov bildirib ki, tədbirə İƏT-ə üzv olan 26 ölkənin xarici siyasət idarələrinin rəhbərləri qatılacaqlar.

Bildirilib ki, sessiyanın işində İƏT-in baş katibi İyad Əmin Mədəni, həmçinin Birləşmiş Millətlər Təşkilatı, İslam İnkişaf Bankı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Ərəb Ölkələri Liqası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yüksək səviyyəli nümayəndələri də iştirak edəcəklər.

Tədbirdə İƏT-ə daxil olan ölkələr arasında dövlətlərarası dialoqun gücləndirilməsi, sülhün və sabitliyin qorunması, siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət sahələrində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, həmçinin terrorizm, separatizm, ekstremizmlə mübarizə məsələləri müzakirə ediləcək.

Nazir müavini deyib ki, sessiyada təşkilata sədrlik Küveytdən Özbəkistana keçəcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.