SİYASƏT
Azərbaycanın xarici işlər naziri Polşaya səfərə yola düşüb
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasına rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində Elmar Məmmədyarov Polşa xarici işlər naziri Vitold Vaşçıkovski və digər rəsmi şəxslərlə görüşəcək.
Polşaya səfər əsnasında Elmar Məmmədyarov aprelin 12-də Varşavada keçiriləcək Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində nazir Elmar Məmmədyarovun ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub.