SİYASƏT


Azərbaycanın xarici işlər naziri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakı çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının işgüzar iclasında iştirak edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə təşkilata üzv dövlətlər arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub və gündəlikdə duran məsələlər, o cümlədən bu ilin noyabrında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək 6-cı Zirvə görüşünə hazırlıq işlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə təşkilat çərçivəsində praktiki və sahəvi əməkdaşlığın inkişafı, Türk Şurasının BMT yanında müşahidəçi statusu alması və digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi kimi məsələlər də müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.