MƏDƏNİYYƏT


Azərbaycanla BMTİP arasında əməkdaşlıq məsələləri müzakirə olunub

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyi BMT-nin ixtisaslaşmış qurumları olan UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT Ümumdünya Turizm Təşkilatı ilə sıx əməkdaşlıq etməkdədir və bu əməkdaşlıqda BMTİP-ni də tərəfdaş kimi görməkdən məmnun olarıq.

Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai ilə görüşdə deyib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla BMTİP arasında əməkdaşlıq məsələləri, ölkədə təşkil olunan beynəlxalq tədbirlər və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Ə.Qarayev 2017-ci ildə Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verərək forum çərçivəsində bir sıra yeni təşəbbüs və layihələrin əsasının qoyulacağını bildirib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” çərçivəsində təşkil olunan Forum BMT sisteminə daxil olan və digər regional təşkilatlar üçün beynəlxalq problemlərin müzakirə platformasına çevriləcəkdir.

Qulam İsakzai nazir Ə.Qarayevin təkliflərini BMTİP-in rəhbərinə çatdıracağını qeyd edərək davamlı inkişaf mövzusunda Azərbaycanla əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.