İQTİSADİYYAT


Azərbaycanla Estoniya arasında avtomobil yolları sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı, 27 may, AZƏRTAC

Azərbaycanla Estoniya arasında avtomobil yolları sahəsində əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla bağlı fikirlər ASC sədri Saleh Məmmədov Estoniyanın Yol Agentliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüşü zamanı səsləndirilib.

Görüşdə Azərbaycanla Estoniya arasında avtomobil yolları sahəsində əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

S.Məmmədov rəhbəri olduğu cəmiyyətin fəaliyyəti, ölkəmizin avtomobil yolları şəbəkəsi, icra olunan yol infrastrukturu layihələri və gələcəkdə icrası nəzərdə tutulan layihələr barədə qonaqlara ətraflı məlumat verib.

Qeyd olunub ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi Azərbaycan Prezidenti İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir. Ölkəmizin tranzit yükdaşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi şərq-qərb, xüsusən də şimal-cənub istiqamətində avtomobil yollarının yenidən qurulmasının əhəmiyyətini artırır. İran sərhədinə qədər inşa olunan avtomobil yolunun da iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti xüsusi olaraq vurğulanıb.

Estoniyalı qonaqlar da öz növbəsində ölkələrinin yol şəbəkəsi, həyata keçirilən yol infrastrukturu layihələri barədə məlumat veriblər.

Görüşdə Azərbaycan və Estoniya dövlət başçılarının siyasi iradəsinin, keçirilən görüşlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verdiyi, əlaqələrimizin müxtəlif sahələrdə uğurla davam etdiyi və gələcəkdə avtomobil yolları sahəsində də əməkdaşlığın zəruri olduğu vurğulanıb.

Qeyd edək ki, Estoniyanın Yol Agentliyinin əməkdaşları üçün “Azəravtoyol” ASC tərəfindən təşkil edilən 3 günlük infotur başa çatıb. İnfotur çərçivəsində qonaqlar Azərbaycanın müasir yol infrastrukturu ilə tanış olublar, yolların yenidən qurulması layihələri çərçivəsində aparılan işlərlə yerində tanış olub, mühəndislərlə görüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.