CƏMİYYƏT


Azərbaycanla Meksika arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Labardini ilə görüşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Oqtay Şirəliyev rəhbərlik etdiyi nazirliyin fəaliyyəti haqqında, habelə səhiyyə sahəsində son illər əldə edilən uğurlar və yeniliklər barədə məlumat verib.

Səfir Xuan Rodrigo Labardini Meksikada tibbin inkişafından və bunun sosial sektora müsbət təsirindən danışıb. Diplomat ölkəsində geniş təşəkkül tapmış tibbi turizmdən söhbət açaraq, bu sahənin həm tibb, həm də turizm sənayesindəki rolunu xüsusi vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.