İDMAN
Azərbaycanlı Elmira Mirzəyeva jurnalistlər arasında “Ostankino” kubokunu qazanıb
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 31-də Moskvada “Ostankino” televiziya texniki mərkəzində “Vostok” şirkəti ilə birlikdə jurnalistlər arasında “Ostankino” kuboku uğrunda yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda kütləvi informasiya vasitələrinin 11 nümayəndəsi iştirak edib. Kubok uğrunda mübarizə Konstantin Bazarov, Mark Qluxovski və Moskvada yaşayan Azərbaycan şahmatçısı Elmira Mirzəyeva arasında gedib. K.Bazarov və E.Mirzəyeva hərəsi 10 mümkün xaldan 8,5 xal toplayıblar. Qalibi əlavə partiya müəyyənləşdirib və bu partiyada “Ostankino” televiziya texniki mərkəzində şahmat klubunun rəhbəri qələbə qazanıb. Üçüncü yeri Mark Qluxovski tutub.
Proqramın ən maraqlı məqamı turnirin qalibi Elmira Mirzəyevanın beynəlxalq qrossmeyster Dmitri Yakovenko ilə oyunu olub. Tanınmış qrossmeyster ilk dəfə “Ostankino” televiziya texniki mərkəzində olub və Fəxri qonaqlar kitabında qeydlər edib.
Qalib həmçinin Rusiya İdman Jurnalistləri Federasiyasının kubokunu qazanıb.
Şahmat üzrə beynəlxalq qrossmeyster moskvalı Elmira Mirzəyeva Rusiyada və beynəlxalq aləmdə sanballı uğurlar qazanmış gənc azərbaycanlı idmançılardan biridir.