İDMAN


Azərbaycanlı FİFA referisinə Avropa Liqasında növbəti təyinat verilib

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC 

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin daha bir oyununa təyinat alıb.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz “Konyaspor” – “Braqa” oyununu idarə edəcək.

Ə.Ağayevə Rza Məmmədov, Zeynal Zeynalov və Mübariz Həşimov kömək edəcəklər. Orxan Məmmədov və Rəhim Həsənov isə əlavə köməkçi hakimlər kimi meydana çıxacaqlar.

Qeyd edək ki, Konyadakı oyun oktyabrın 20-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.