MƏDƏNİYYƏT
Azərbaycanlı aktyor “Rəcəb İvedik-5” filmində rol alıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycanlı aktyor Rihat Həsənli Türkiyədə komediya janrında çəkilən “Receb İvedik-5” filmində rol alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata açıqlama verən aktyor gələcək planlarından da danışıb. O, bildirib ki, yaradıcılıq işlərini Türkiyədə də davam etdirəcək: “Belə bir filmdə rol aldığıma görə özümü çox şanslı sayıram. Bu məni bir aktyor olaraq çox sevindirir. Növbəti layihələr üçün böyük stimuldur. Aktyor olaraq bir yerdə dayanmağı sevmirəm. Daim yenilik axtarışındayam. İşlərim bununla bitmir. Türkiyədə daha bir neçə film təklifi almışam. Ancaq hələ razılıq verməmişəm. Hələlik qarşımda “Receb İvedik-5” var”.
Qeyd edək ki, R.Həsənli Azərbaycanda “Həyat sən nə qəribəsən” serialına və 10-a yaxın televiziya reklamlarına çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]