MƏDƏNİYYƏT
Azərbaycanlı aktyorlar Yunanıstanda “Xeyir və Şər” tamaşasını nümayiş etdiriblər
Bakı, 1 oktyabr, AZƏRTAC
Yunanıstanın Pieria bölgəsində “Dionda Olimpiya” qədim dram, musiqi və atletika üzrə beynəlxalq gənclər tədbiri keçirilir. Tədbirdə ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları təmsil edir.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tədbirdə aktyorlarımızın Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanmış “Xeyir və Şər” tamaşası maraqla qarşılanıb. Tamaşaya rejissoru Əməkdar Artisti Nicat Kazımov quruluş verib.
Qeyd edək ki, tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Serbiya, Polşa, Türkiyə, İran və digər ölkələrdən gəlmiş gənclər iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:37]
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
- 26.04.2024 [21:30]
Yelena Haqverdiyeva – rəssam və ilham pərisi
- 26.04.2024 [18:02]
AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib
- 26.04.2024 [17:51]
Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub
- 26.04.2024 [17:46]