ELM VƏ TƏHSİL
Azərbaycanlı alim ABŞ-ın Kaliforniya Universitetində araşdırma aparacaq
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifova ABŞ-ın ölkəmizdəki səfirliyinin 2017-2018-ci il üçün elan etdiyi “Fulbrayt” elmi-tədqiqat proqramının qalibi olub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, S.Şərifova bu proqram çərçivəsində 4 ay müddətində ABŞ-ın Kaliforniya Universitetində “Solanum chilense növündə transkriptomun RNT-nin sekvenslənməsi ilə tədqiqi” mövzusunda araşdırma aparacaq.
Tədqiqat işinin əsas məqsədi bitkilərdə normal və stress şəraitində fərqli ekspressiya olunan genlərin müəyyənləşdirilməsi, eləcə də stress zamanı alternativ splaysinqin rolunun öyrənilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]