ELM VƏ TEXNOLOGİYA


Azərbaycanlı alim “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif edilib

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

“Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi direktorunun elmi işlər üzrə müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı və diplomu ilə təltif olunub.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, alim bu mükafata milli mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, orta əsrlər Azərbaycanın ictimai-iqtisadi, mədəni həyatı, Azərbaycanın elmi-mədəni mühitinin öyrənilməsi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, orta əsrlər ərəbdilli mənbələrin öyrənilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.