ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Ərdəbildə məruzə ilə çıxış edib
Tədbirdə İctimai Problemlərin Tədqiqi Assosiasiyasının (İPTA) sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı iştirak edib.
İRTA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirblər ki, tədbirdə məruzə ilə çıxış edən tarixçi alim Azərbaycan Respublikasında dövlət səviyyəsində Şah İsmayıla yüksək qiymət verildiyini, onun adının əbədiləşdirildiyini, respublikanın paytaxtında Şah İsmayılın möhtəşəm abidəsinin ucaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bundan başqa, tarixçi son vaxtlar Şah İsmayıla qarşı olan hücumlara dövlət səviyyəsində tutarlı cavabların da verildiyini qeyd edib. Məruzəçi akademik Ramiz Mehdiyevin bir neçə dildə nəşr olunan "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" kitabını misal çəkərək bu əsəri tarixi saxtalaşdıranlara qarşı tutarlı cavab kimi dəyərləndirib.
Tədbirin sonunda azərbaycanlı tarixçiyə xatirə medalı və hədiyyələr təqdim edilib.