ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Avropa Təbiət Elmləri Akademiyasının Fəxri diplomuna layiq görülüb
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mikrobiologiya İnstitutunun ekoloji mikrobiologiya laboratoriyasının müdiri, professor Nəriman İsmayılov Almaniyanın Honover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyası və Avropa Elmi Cəmiyyətinin rəyasət heyətinin birgə qərarı ilə Avropanın Fəxri diplomuna layiq görülüb. Azərbaycanlı alim, eyni zamanda Vladimir Vernadski adına medalla təltif edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, N.İsmayılova bu diplom və medal Moskvalı alimlərlə birlikdə yeni nəşr etdirdikləri “Neft –qaz geoekalogiyasının əsasları “ kitabına və daimi qarşılıqlı əməkdaşlığa görə verilib.