ELM VƏ TEXNOLOGİYA


Azərbaycanlı alim Nyu-York Elmlər Akademiyasının üzvü seçilib

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Zöhhak Abbasov Nyu-York Elmlər Akademiyasının üzvü seçilib.

Noyabrın 11-də AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi şuranın növbəti iclasında Nyu-York Elmlər Akademiyasının üzvlük diplomu Z.Abbasova təqdim olunub.

GGİ-dən AZƏRTAC-a bildiriblər ki, institut direktorunun elmi işlər üzrə müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov gündəlikdəki məsələlərlə bağlı məlumat verib.

Sonra icrası 2016-cı ildə başa çatmış elmi-tədqiqat işləri üzrə yekun hesabatlar müzakirə olunub. “Terek-Xəzər çökəkliyinin cənub-şərq hissəsində çökmə süxurların karbohidrogen potensialı və onun realizasiya şəraiti”, “Cənubi Xəzər çökəkliyinin məhsuldar və qırmızı qat yataqlarında neft və qaz mənbələri”, “Azərbaycan Respublikasının çay hövzələrinin radiogeokimyəvi vəziyyətinin geoekoloji qiymətləndirilməsi” mövzularında araşdırmalar, həmçinin GGİ və ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutu tərəfindən birgə yaradılmış beynəlxalq laboratoriyada elmi-tədqiqat proqramlarının gedişatı haqqında çıxışlar dinlənilib.

İclasda təhsil və kadr məsələləri də müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.