ELM VƏ TƏHSİL


Azərbaycanlı alim Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib

Bakı, 9 iyun, AZƏRTAC 

Bakı Dövlət Universitetinin (BDU) iqtisadiyyat və idarəetmə kafedrasının müdiri, professor Amil Məhərrəmov Rusiya Təbiət Elmləri Akademiyasının (TEA) müxbir üzvü seçilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, bu barədə qərar Rusiya TEA-nın Moskvada keçirilən illik yığıncağında qəbul olunub.

A.Məhərrəmov bu ada elm sahəsindəki xidmətlərinə, qeyd olunan müəssisə ilə əlaqələrin inkişafındakı fəaliyyətlərinə görə layiq görülüb. Azərbaycanlı alimin rəhbərlik etdiyi iqtisadiyyat və idarəetmə kafedrası yerli və xarici qrant proqramlarının fəal iştirakçısı olub, bu sahədə apardığı fəaliyyət nəticəsində “İlin kafedrası” adına layiq görülüb. O, 2012-ci və 2015-ci ilin elmi nəticələrinə görə isə BDU-nun elmi şurasının qərarı ilə “İlin alimi” adına layiq görülüb və fəxri fərmanlarla təltif edilib. Alim yerli və beynəlxalq beynəlxalq elmi-praktik konfransda məruzələrlə mütəmadi çıxış edir, xarici ölkə universitetlərində mühazirə oxuyur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.