ELM VƏ TEXNOLOGİYA


Azərbaycanlı alim Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü seçilib

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmlər doktoru Bəxtiyar Nəcəfov Rusiya Təbiətşünaslıq Akademiyasının (RTA) həqiqi üzvü seçilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Rusiya Təbiətşünaslıq Akademiyasının ümumi iclasında bu qurumun həqiqi üzvlüyünə seçkilərin nəticələri təsdiqlənib. İclasda gizli səsvermə yolu ilə seçilən, beynəlxalq səviyyədə tanınmış 21 alimin adı açıqlanıb. Onların sırasında B.Nəcəfovun adı da yer alıb.

Qeyd edək ki, B.Nəcəfov detektorlor və günəş elementlərinin hazırlanması ilə məşğul olan tanınmış alimdir. O, 2015-ci ildə Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü seçilib. Alim, həmçinin RTA-nın “Elm və təhsil sahəsində əməkdar xadim” fəxri adına layiq görülüb, bir sıra beynəlxalq təşkilatların diplom və medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.