ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin böyük elmi işçisi, pedaqoji elmlər namizədi, dosent Sabir Tağıyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib. Eyni zamanda, alimə beynəlxalq qızıl ulduz medalı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, S.Tağıyev fəxri ada və beynəlxalq mükafata Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfələrə, türk dünyası elminin və mədəniyyətinin tərəqqisindəki xidmətlərinə görə layiq görülüb.
S.Tağıyev 200-dən çox məqalənin, 10-dək kitabın müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. O, bir sıra beynəlxalq və yerli elmi konfrans və simpoziumlarda müxtəlif mövzularda məruzələrlə çıxış edib.