CƏMİYYƏT


Azərbaycanlı alim beynəlxalq assosiasiyanın vitse-prezidenti seçilib

Bakı, 14 iyul, AZƏRTAC

Astanada Qazaxıstan Prezidentinin İşlər İdarəsinin Tibb Mərkəzinin, Qazaxıstan Herontoloqlar Cəmiyyətinin və Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyasının təşkilatçılığı ilə herontoloqların II Avrasiya qurultayı keçirilib. Qurultayda Qazaxıstan, Rusiya, Ukrayna, Belarus, Yaponiya, Koreya Respublikası, İsveç, Böyük Britaniya və digər ölkələrdən nümayəndələr iştirak ediblər.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun direktoru, Azərbaycan Herontoloqlar Cəmiyyətinin prezidenti, biologiya elmlər doktoru Ulduz Həşimova Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyasının vitse-prezidenti seçilib.

Fiziologiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, qurultay çərçivəsində herontologiya və heriatriyanın fundamental, klinik və tibbi-sosial məsələləri müzakirə olunub.

Azərbaycanı təmsil edən fizioloq-alim ölkəmizdə yaşayan yüksək uzunömürlülük indeksi ilə fərqlənən populyasiyaların öyrənilməsi üzrə elmi-tədqiqat proqramının nəticələri haqqında məruzə ilə çıxış edib. Tədqiqatın proqramında anamnestik məlumatların toplanması, sağlamlıq statusunun kompleks qiymətləndirilməsi, qanın ümumi və biokimyəvi analizi də daxil olmaqla bir sıra biokimyəvi göstəricilərin təyin edilməsi nəzərdə tutulub və uzunömürlülərin qidalanma xüsusiyyətləri və beynin bioelektrik aktivliyinin öyrənilməsinə xüsusi diqqət yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.