ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq konqresdə çıxış edib
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun biotexnologiya şöbəsinin böyük elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Natiqə Nəbiyeva Türkiyənin Antalya şəhərində “II Beynəlxalq bitki seleksiyası” mövzusunda beş günlük konqresdə iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, dünyanın 50-dən çox ölkəsinin təmsil olunduğu tədbirdə onlarla beynəlxalq elm mərkəzinin nümayəndələri, tanınmış alim və mütəxəssislər iştirak ediblər. Tədbirdə “Bitki seleksiyası”, “Molekulyar genetika və biotexnologiya”, “Gen mühəndisliyi və genom”, “Bitki genetik ehtiyatları”, “Yağlı və zülallı bitkilər” mövzuları ətrafında geniş müzakirələr aparılıb.
N.Nəbiyeva konqresdə “Çovdar kolleksiyasının genetik müxtəlifliyinin İSSR markerlərlə qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]