ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq simpoziumda çıxış edib
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov Türkiyənin Diyarbəkir əyalətində keçirilən “Köçün 100-cü ildönümündə Osmanlının son dövründəki üsyanlar” mövzusunda beynəlxalq simpoziumda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə F.Ələkbərovun “Osmanlı türklərinin tənəzzülündə qərb milliyətçiliyinin rolu” mövzusunda məruzəsi dinlənilib. Azərbaycanlı alim məruzəsində qərb və şərq millətçiliyinin tarixindən, qərb sivilizasiyasının türk-islam mədəniyyətinə, türklərin milli şüuruna təsirindən söz açıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]