ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq tədbirdə çıxış edəcək
Bakı, 4 sentyabr, AZƏRTAC
UNESCO-nun Kəhrizlər və Hidravlik Qurğular üzrə Beynəlxalq dövlətlərarası idarə həyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev İran İslam Respublikasının Yəzd şəhərində Beynəlxalq Su Assosiasiyası ilə birlikdə təşkil edilən seminara dəvət alıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, noyabrın 8-dən10-dək keçirilən seminarda professor Ə.Quliyev “Azərbaycan kəhrizləri, bərpası və onlardan səmərəli istifadə” mövzusunda məruzə ilə çıxış edəcək.
Beynəlxalq tədbirdə İran Kənd Təsərrüfatı Nazirliyinin, həmçinin UNESCO-ya üzv ölkələrin müvafiq təşkilatlarının nümayəndələri iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]