ELM VƏ TƏHSİL
Azərbaycanlı alim impakt faktorlu beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika Institutunun baş elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Əmrah Məmmədov nüfuzlu "Elsevier" nəşriyyatında dərc edilən ətraf mühit, ekologiya, bioelmlər, meşə, torpaq, su və bitkilər üzrə yüksək impakt faktorlu “Pedosphere” jurnalının redaksiya heyətinə üzv seçilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, hazırda Ə.Məmmədov “Plant and Soil”, “Geoderma”, “Soil Science Society of American Journal” və s. kimi 30-a yaxın impakt faktorlu jurnala rəyçilik edir.
Qeyd edək ki, göstərilən sahələr üzrə impakt faktorlu (Science Citation Index, Web of Science) beynəlxalq jurnallarda Amerika, Avropa və Asiya ölkələrinin nümayəndələrindən ibarət redaksiya heyətinin tərkibində Ə.Məmmədov Azərbaycanı təmsil edənlərdən biridir.