Azərbaycanlı alim nüfuzlu beynəlxalq mükafata layiq görülüb
Bakı, 28 mart, AZƏRTAC
Xəzər Universitetinin siyasi elm və beynəlxalq münasibətlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə elmi-pedaqoji fəaliyyəti və Avropa inteqrasiyası ixtisasının tədrisi üzrə peşəkarlığı sayəsində dünya miqyasında nüfuzlu “Jean Monnet Kürsüsü Sahibi” tituluna layiq görülüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Jean Monnet Kürsüsü Sahibi” elmi-pedaqoji titulu avropaşünaslıq üzrə ixtisaslaşan dünya alim və pedaqoqlarının apardığı tədrisin keyfiyyətini və innovativliyini qiymətləndirməyə xidmət edir.
“Jean Monnet Kürsüsü Sahibi” mükafatı alimlərin avrointeqrasiyaya aid tədris və araşdırmalarını dəstəkləmək məqsədilə qlobal səviyyədə keçirilən beynəlxalq müsabiqə əsasında Avropa Komissiyası tərəfindən üç illik müddətə verilir.
M.Hacızadə “Jean Monnet Kürsüsü Sahibi” mükafatını alan ilk və yeganə azərbaycanlıdır. Mükafat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2016-cı il martın 18-də dövlət qeydiyyatına alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.08.2026 [15:21]
DİM rezidenturaya qəbulun nəticələrini açıqlayıb
- 18.08.2026 [10:59]
Dördüncü ixtisas qrupu üzrə 5048 plan yeri ayrılıb
- 18.08.2026 [10:44]
Bu il III qrupda neçə nəfər 500-600 arası bal toplayıb? – Rəqəmlər
- 18.08.2026 [10:24]
Abituriyentlərə peşəkar məsləhət və informasiya dəstəyi göstərilir
- 18.08.2026 [10:14]