ELM VƏ TƏHSİL


Azərbaycanlı alimin kitabı Almaniyada çapdan çıxıb

Bakı, 15 fevral, AZƏRTAC

Tanınmış alim, Azərbaycan Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, texnika elmləri doktoru, professor Əhəd Canəhmədovun “Ekologiyada sinergetika və fraktallar” kitabı Almaniyanın “LAMBERT Academic Publishing” nəşriyyatı tərəfindən çap olunub.

AZƏRTAC xəbər verir ki, 304 səhifədən ibarət kitabda sinergetik və fraktal metodlar əsasında təbiət və texnogen proseslərin ətraf mühitə təsiri və onların mexanizmi araşdırılır.

Nəşrdə, həmçinin hidrosferdə və litosferdə ekoloji təhlükəsizliyin əsasları təqdim olunur. Kosmosdan Yerin məsafədən zondlanması zamanı təbiət birləşmələrinin ekoloji aspektləri əsərdə əksini tapır. Kitab geniş oxucu kütləsi və eləcə də ətraf mühitin mühəndislik müdafiəsi ixtisasında çalışanlar üçün faydalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.