ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin məruzəsi beynəlxalq konqresin materialları sırasına daxil edilib
Bakı, 3 iyul, AZƏRTAC
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Asiya və Afrika ölkələrinin mənbəşünaslığı və tarixşünaslığı üzrə keçirilən 29-cu beynəlxalq konqresdə Azərbaycan da təmsil olunub.
Üç gün davam edən konqresdə Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutunun türkdilli yazılı abidələrinin tədqiqi şöbəsinin elmi işçisi Tahirə Əliyeva məruzə ilə çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, beynəlxalq tədbirdə T.Əliyevanın “İbn Sinanın əsərlərinin M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan əlyazma nüsxələri barədə” mövzusunda məruzəsi maraqla qarşılanıb. Azərbaycanlı alimin məruzəsi konqresin iki cilddə çap edilən materialları sırasına daxil edilib.