ELM VƏ TEXNOLOGİYA


Azərbaycanlı alimlər çexiyalı və estoniyalı həmkarları ilə əməkdaşlıq edəcəklər

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 20-dən 30-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti Çexiyada və Estoniyada səfərdə olacaq.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Çexiya Elmlər Akademiyasının və Çexiya Texniki Universitetinin rəhbərləri ilə keçirilən görüşlərdə əməkdaşlıq imkanları müzakirə ediləcək. Nümayəndə heyətimiz, həmçinin bu ölkənin müxtəlif elmi-tədqiqat müəssisələri ilə tanış olacaq.

Estoniyaya səfər zamanı isə Tallin şəhərində AMEA ilə bu ölkənin Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.