ELM VƏ TEXNOLOGİYA


Azərbaycanlı alimlərə beynəlxalq mükafatlar təqdim ediləcək

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) və dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Thomson Reuters”in birgə təşkilatçılığı ilə tədbirlər keçiriləcək.

EİF-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan elmi ictimaiyyəti üçün nəzərdə tutulan “Web of Science Awards” mükafatlarının təqdimetmə mərasimində “Əsas” və “İnkişaf etməkdə olan” nominasiyaları üzrə beynəlxalq meyarlar əsas götürülməklə ən məhsuldar qurum, nüfuzlu elmi jurnal və alimlər təltif olunacaqlar.

Həmçinin “Azərbaycanın elmi jurnalları: beynəlxalq səviyyəyə doğru irəliləyiş” mövzusunda keçiriləcək seminar-təlimdə xarici ekspertlər, EİF-in və “Thomson Reuters”in əməkdaşları iştirak edəcəklər. Tədbirin keçirilməsinin məqsədi mövcud vəziyyətin təhlili, beynəlxalq təcrübənin öyrədilməsi, Azərbaycanda nəşr olunan elmi jurnal redaktorlarına tövsiyələrin verilməsi, müasir yanaşmaların, üsul və vərdişlərin aşılanmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.