İDMAN


Azərbaycanlı atlet XV Yay Paralimpiya Oyunlarının yarımfinalında

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC 

XV Yay Paralimpiya Oyunlarının birinci günündə - sentyabrın 8-də Azərbaycan atleti Yelena Çebanu 100 metr məsafəyə qaçış yarışlarında gücünü sınayıb.

AZƏRTAC xəbər verir ki, 13 atletin mübarizə apardığı təsnifat mərhələsində təmsilçimiz dördüncü qrupda çıxış edib. Məsafəni 12.24 saniyəyə qət edən idmançımız qrupda birinci, ümumi sıralamada isə ikinci olub. Bu nəticə ilə atletimiz yarışın yarımfinal mərhələsinə yüksəlib.

Yarımfinal mərhələsi sentyabrın 9-da keçiriləcək. Y.Çebanu ikinci qrupda mozambikli Edmilsa Qoverno, braziliyalı Alisya de Olviere Korrea və Çin idmançısı Yaqin Çenə qarşı yarışacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.