MƏDƏNİYYƏT


Azərbaycanlı balet ulduzu Oslo şəhərində keçiriləcək qala-konsertdə çıxış edəcək

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

Noyabrın 13-də azərbaycanlı gənc balet ulduzu Ülvi Əzizov Norveçin paytaxtı Osloda keçiriləcək “Etoile Ballet Gala” adlı qala-konsertdə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, konsert proqramı “Oslo Konserthus” səhnəsində baş tutacaq. Həmçinin, konsert çərçivəsində Paris, Praqa, Berlin, Budapeşt və başqa şəhərlərin məşhur teatrların balet ulduzları da çıxış edəcək.

Qeyd edək ki, Ü.Əzizov “Balet incəsənətinin inkişafına töhfə və yüksək peşəkar ustalığa görə” Rudolf Nuriyev adına 16-cı Beynəlxalq balet festivalı mükafatının, eləcə də Budapeştdə dünya baleti ulduzlarının 18-ci beynəlxalq qala-konsertinin xüsusi mükafatının sahibidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.