MƏDƏNİYYƏT


Azərbaycanlı bəstəkarın əsəri “Moskva payızı” festivalında səsləndiriləcək

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

Noyabrın 11-də “Moskva payızı” 38-ci Beynəlxalq Müasir Musiqi Festivalı çərçivəsində Moskva Bəstəkarlar Evində Azərbaycanın Əməkdar İncəsənət Xadimi Fərəc Qarayevin “In memoriam” süitası səsləndiriləcək. Əsər “Yeni musiqi studiyası” simli kvarteti tərəfindən təqdim olunacaq.

F.Qarayev 1984-cü ildə simli kvartet üçün yazdığı “In memoriam” süitasını Avstriya bəstəkarı Alban Berqin xatirəsinə ithaf edib. Əsərin premyerası 1989-cu ildə Amsterdamda “Belvyu” teatrında olub. 2008-ci ildə əsər müəllif tərəfindən kamera orkestrinə uyğunlaşdırılıb və iyun ayında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri tərəfindən səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.