MƏDƏNİYYƏT


Azərbaycanlı caz pianoçu Bern şəhərində silsilə konsertlərə başlayıb

A+ A

Bern, 30 noyabr, AZƏRTAC

İsveçrədəki səfirliyimizin və Beynəlxalq Bern Caz Festivalının birgə təşkilatçılığı ilə noyabrın 29-da Bern şəhərində yerləşən dünyada yeganə caz mehmanxanası “İnnere Enge”nin “Marians Jazzroom” konsert zalında tanınmış caz pianoçumuz Əminə Fiqarovanın ifasında Azərbaycan caz axşamı təşkil edilib.

Səfirlikdən bildiriblər ki, tədbirdə ifaçımızın təqdim etdiyi iki müxtəlif caz konserti sürəkli alqışlarla qarşılanıb. Gecədə tamaşaçılara, həmçinin Azərbaycan yeməklərindən və şərablarından ibarət xüsusi menyu da təqdim edilib. Bununla yanaşı, cazsevərlərə Azərbaycanın mədəniyyət və turizm potensialını əks etdirən kitab və broşürlər, “Gəncə 2016 - Avropanın Gənclər Paytaxtı”na aid müxtəlif kitabçalar və məlumatlar, o cümlədən musiqi diskləri təqdim olunub.

Caz pianoçu Əminə Fiqarovanın ifasında silsilə konsert proqramları dekabrın 3-dək hər axşam iki konsert olmaqla Bern şəhərində, dekabrın 6-da isə Sürix şəhərindəki “Vidder” mehmanxanasının caz salonunda davam edəcəkdir.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.