MƏDƏNİYYƏT


Azərbaycanlı cazmen San-Fransiskoda konsert verəcək

Bakı, 7 mart, AZƏRTAC

Cazmen, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəsli iyunun 11-də San-Fransisko Caz Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat http://www.elloramanagement.com/ saytında yer alıb.

Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və digər tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb. Cazmenin “Emanation” adlı yeni albomu tezliklə təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.